Mobil versiya
Müdafiə naziri Gürcüstanın səfiri ilə görüşüb
Tarix: 04-10-2018 | Saat: 12:03
Bölmə:Gündəm | çapa göndər

Müdafiə naziri Gürcüstanın səfiri ilə görüşüb


Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

aia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024