Mobil versiya
Ermənistan tərəfi cəbhədə yüzdən artıq itki verib
Tarix: 5-12-2015, 22:04 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Ermənistan tərəfi cəbhədə yüzdən artıq itki verib
MN məlumat yaydı.

Ermənistan kütləvi informasiya vasitələrinin son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisini ölü olaraq itirməsi, onlardan 33 nəfərinin döyüş itkisi olması ilə bağlı yaydığı xəbərlər yalnız gülünc hissi doğurur.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

“Bu rəqəmlərə inanmaq və onları ciddiyə almaq sadəlövhlük olardı. Çünki açıqlanan statistika həqiqəti əks etdirmir və mövcud durumu tamamilə təhrif edir”, - deyə məlumatda bildirilir.

Qeyd olur ki, erməni mətbuatının bu xəbəri yalnız cinayətkar rejimin marağında olmaqla onun rəhbərliyini qane edir və onsuz da gərgin vəziyyətdə olan erməni ictimai rəyinin sakitləşdirilməsi məqsədini güdür.

“Yalnız bu il ərzində hətta erməni rəsmi informasiya saytlarının, qeyri- hökumət və əsgər anaları təşkilatlarının, eləcə də Ermənistanın müxalifyönümlü mətbuatının yaydığı rəqəmlərə istinad etsək belə, düşmən ordusundakı itkilərin sayının dəqiqliyinə qismən yaxın olan vəziyyət yarana bilər”, - deyə məlumatda qeyd olunur.

Həmçinin Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, reallıqda isə Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır.

“Məlumdur ki, ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Bu itkiləri də hesablasaq il ərzində Ermənistan tərəfinin cəbhədə yüzdən artıq itki verməsi bəlli olur”, - deyə məlumatda vurğulanır.



5479 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031