Mobil versiya
Cəlilabadda qadına təcavüz edən şəxs tutuldu
Tarix: 18-04-2018, 17:41 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Cəlilabadda qadına təcavüz edən şəxs tutuldu




Cəlilabad rayon prokurorluğu rayonda baş vermiş təcavüz hadisəsi barədə məlumat yayıb.

Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Cəlilabad rayonu, Muğan kənd sakini Rəna Cəfərovanın (ad, soyad şərtidir) həmkəndlisi Qadir İsayev (ad, soyad şərtidir) tərəfindən bir il əvvəl zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması, eləcə də sonuncunun həmin hərəkətləri mobil telefonla çəkərək yayması faktına görə Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

R.Cəfərova iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparılıb. Q.İsayev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

aia.az



5579 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031