Mobil versiya
Leyla Əliyeva “İlin gənc aktrisası” ilə şəklini paylaşdı
Tarix: 16-04-2018 | Saat: 12:26
Bölmə:Gündəm | çapa göndər

Leyla Əliyeva “İlin gənc aktrisası” ilə şəklini paylaşdı


Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrının solisti, istedadlı aktrisa, 2017-ci ilin yekununa görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülən, Beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova ilə birlikdə çəkilən şəklini "İnstaqram” hesabında çoxsaylı izləyiciləri ilə paylaşıb.


Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, Modern.az-a bildirilib ki, gənclərin yaradıcılıq fəaliyyəti və inkişafları üçün daim şərait yaratmağa çalışan Leyla Əliyeva Musiqili Teatrda olarkən Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” tamaşasının məşqlərini izləyib. L.Əliyeva aktyorların ifalarından razı qaldığını bildirib və onlarla xatirə şəkilləri çəkdirib. O, Aydan Həsənovaya canlandırdığı Qızıl gül obrazına görə də xoş sözlərini bildirib.


Qeyd edək ki, A.Həsənova aktrisalıq karyerası ərzində Ü.Hacıbəylinin “O olmasın, bu olsun”(Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı”(Bikə) və başqa tamaşalarda yaddaqalan rollar ifa edib.


“Leyla Əliyevanın Musiqili Teatra səfərindən müəyyən vaxt keçsə də, bu yaxınlarda “İnstaqram” hesabındakı paylaşımı təkcə bir aktrisaya deyil, bir daha Musiqili Teatra və burada çalışan gənclərə diqqətinin göstəricisidir, bu diqqəti üçün ona təşəkkür edirəm” - deyə istedadlı aktrisa Aydan Həsənova bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024