Mobil versiya
“Qüdrət Həsənquliyev mənə böhtan atır” - Sərdar Cəlaloğlu ittihamlara cavab verdi
Tarix: 04-04-2018 | Saat: 14:25
Bölmə:Siyasət | çapa göndər

“Qüdrət Həsənquliyev mənə böhtan atır” - Sərdar Cəlaloğlu ittihamlara cavab verdi


Dünən axşam İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin debatının sonunda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçladı.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə buna cavab olaraq bildirib ki, Sərdar Cəlaloğlunun bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər. Q.Həsənquliyev Modern.az-a açıqlamasında deyib:

“Sərdar Cəlaloğlu bir neçə il öncə dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir. Amma o da şübhələnir ki, həmin məmur ona pul “atır”.
Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?”-deyə Q.Həsənquliyev qeyd edib.


Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərə cavab verib. Sərdar Cəlaloğlu bildirib ki, Qüdrət Həsənquliyevin onun haqqında səsləndirdiyi fikirlər təxribatdır.


“Mən onun kim olduğu, mənşəyi ilə bağlı fikirlər səsləndirsəm biabır olar. Yaxşı olar ki, Qüdrət Həsənquliyev səsin kəsib, otursun yerində. O, mənə böhtan atır. Əgər elə bir şey olubsa, niyə konkret danışmır? Həmin adamın adını, soyadını desin də... Niyə məhz ona demişəm? O, Adminstrasiyada kimlərlə əlaqəlidir? Əgər o düz danışan adamdırsa, bu şeylərin hamısını desin. Mən gedib ondan belə bir şey istəməliyəm? Sən kimin təmsilçisisən? Qüdrət Həsənquiyev boş-boş danışır”.


S.Cəlaloğlu Qüdrət Həsənquliyevi Rusiyanın maraqlarını müdafiə edən şəxs kimi dəyərləndirib: “Guya indi bu ittihamları ortaya atır ki, hədəfdən yayınsın. Onun Rusiyanı müdafiə etməsi qalsın arxa planda. Dəfələrlə Rusiya ilə Türkiyə arasında müəyyən problemlər yarananda, geopolitik məsələlər müzakirə olunanda Qüdrət Həsənquliyev açıq-açığına Avrasiya İttifaqının, Gömrük İttifaqının tərəfdarı kimi çıxış edir”.


Sərdar Cəlaloğlu qeyd edib ki, Jirnovski ilə Qüdrət Həsənquliyevin mövqeyi arasında heç bir fərq yoxdur.


“Jirnovski açıq şəkildə deyir ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olsun. Qüdrət Həsənquliyev də bəzəkli şəkildə deyir ki, Azərbaycan Rusiyanın yanına getməlidir. Sovet İttifaqı dövründə biz gördük də müttəfiqlik necəydi. Rusiyanın öz müttəfiqlərinə, dostlarına münasibətlərini indi də görürük. Mən başa düşmürəm ki, o, Rusiyanın millət vəkilidi, ya Azərbaycanın. Qüdrət Həsənquliyev ö sözlərlə faktiki olaraq hədəfdən yayınmaq istəyir. Mən ona “Prezident Administrasiyasında işləyən bir məmur ayda mənə 10.000 dollar pul verir” sözünü demişəmsə, çıxsın açıq şəkildə bəyan etsin. Əgər mən ondan xahiş etmişəmsə, mənə köməklik etsin. Onda belə çıxır ki, o pulların verilməsinə bilavasitə Qüdrət Həsənquliyev nəzarət edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024