Mobil versiya
Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb? - Vəkildən AÇIQLAMA
Tarix: 14-03-2018, 16:09 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb? - Vəkildən AÇIQLAMA


Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Nail Allahverdiyevin əfv olunmaq üçün ölkə başçısına müraciət etdiyi barədə məlumat yayılıb.

Bəzi KİV-lərin həmin xəbəri tirajlamasına səbəb isə Nail Allahverdiyevin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi olmasıdır.

Modern.az məsələni dəqiqləşdirmək üçün onun hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayevə müraciət edib.

M.Mustafayev Modern.az-a açıqlamasında həmin məlumatları təkzib edib və əlavə şərh vermək istəmədiyini bildirib.


Qeyd edək ki, 3 avqust 2017-ci ildə saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.


aia.az



5283 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930