Mobil versiya
İlham Əliyev Ruhani ilə görüşdü - YENİLƏNİB
Tarix: 1-11-2017, 14:54 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

İlham Əliyev Ruhani ilə görüşdü - YENİLƏNİB


AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirildi, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verdi. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olundu, regional məsələlərə toxunuldu, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirildi. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulandı.

***

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

***

Azərbaycan prezidenti İlham Əliyev Tehrana səfər edib.

Modern.az saytı “Mehr” agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti keçiriləcək.

Sammit bu gün Tehranda olacaq.

Prezidentlərin regional və beynəlxalq əlaqələri müzakirə edəcəyi gözlənilir.

aia.az



5397 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30