Mobil versiya
Şəmkir dinamik inkişaf yollarında
Tarix: 26-10-2017, 15:39 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-9 | çapa göndər

Şəmkir dinamik inkişaf yollarında






Son illər rayonun siması tanınmaz dərəcədə dəyişib, insanların rifah səviyyəsi xeyli yüksəlib


Məlum olduğu kimi, 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq Prezident İlham Əliyevin 2014-cü il 27 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. İcrası artıq başa çatmaq üzrə olan bu Dövlət Proqramının reallaşdırılması nəticəsində ötən illər ərzində ölkə iqtisadiyyatının inkişafında dinamiklik və sabitlik təmin olunmuş, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, ən nəhayət, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna nailiyyətlər əldə edilmişdir.O cümlədən, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində son illər ərzində Şəmkir rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir.

Şəmkir dinamik inkişaf yollarında

Hər gün gözəlləşən diyar

Şəmkir rayonu bu gün sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. Hazırda regionlarımızın sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları Şəmkir rayonunda da uğurla həyata keçirilməkdədir. Əlbəttə ki, bu proseslər ilk növbədə Şəmkir Rayon İcra Hakimiyyətinin səmərəli və məqsədyönlü fəaliyyəti sayəsində təmin olunurlar. Xatlrladaq ki, Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Alimpaşa Məmmədov təyin edilib. Qeyd etmək lazımdır ki, Alimpaşa müəllim bu vəzifəyə təyin olunduqdan sonra nisbətən qısa müddət ərzində qazanılan uğur və nailiyyətlər rayonun tərəqqisinə son dərəcə müsbət təsir göstərib. Bu gün Şəmkirdə əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır. Abadlıq işləri, əhalinin sosial-məişət problemlərinin həlli, yeni təhsil və səhiyyə müəssisələrinin tikintisi və yolların rekonstruksiyası istiqamətində görülən işlər sakinlərin də böyük razılığına səbəb olub.Rayonun bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. O cümlədən, rayonda dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur.Son birneçə ildə Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində Şəmkirrayonu ərazisində mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir.
Bu günlərdə Şəmkir rayonunda 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş və Alimpaşa Məmmədovun sədirliyi ilə keçirilmiş Şuranın iclasında da rayonda mövcud olan iqtisadi vəziyyət müzakirə olunub.

Şəmkir dinamik inkişaf yollarında


Yeni iş yerləri açılır

Ümumilikdə ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2017-ci ilin doqquz ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb. 2014-cü ilin son rübündən etibarən kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını və realizasiyasını təmin etmək məqsədi ilə respublikamızda ilk dəfə olaraq məhz Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanıb. Son doqquz ayda Şəmkir rayonunda 6000-dən çox yeni iş yeri yaradılıb. Həmçinin “Azərxalça”nın Şəmkir filalının, Dağ Cəyirə gedən avtomobil yolunun, “Azərişıq”ın Şəmkir idarəetmə mərkəzinin, Aqroparkın Logistika Mərkəzinin istifadəyə verilməsi rayon iqtisadiyyatınnda mühüm əhəmiyyət kəsb edir. İri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Çeyrançöl” Məhdud Məsuliyyətli Cəmiyyəti də “Şəmkir Aqropark”ın tərkib hissəsi kimi öz fəliyyətini genişləndirməkdədir.

Şəmkir dinamik inkişaf yollarında



Aqrar sahənin inkişafı sənaye istehsalını da stimullaşdırır


Bu gün Şəmkirdə iqtisadiyyatın inkişafına yönəlmiş ardıcıl tədbirlər sayəsində rayonda sənaye istehsalının və bu sahənin inkişafını stimullaşdıran kənd təsərrüfatının istehsal həcmləri son illərin ən yüksək göstəricilərinə malikdirlər. Hazırda rayonda fəaliyyət göstərən sənaye müəssisələri arasında Zəyəm Texnologiyalar Parkının xüsusi yeri var. Ən yeni texnoloji avadanlıqla təchiz olunan park ölkəmizin qərb bölgəsində müasir istehsal metodlarına əsaslanan mühüm sənaye mərkəzlərindən birinə çevrilib. Burada ilk dəfə olaraq, müasir istixana konstruksiyalarının, istixana nəmləndirmə sisteminin, damcı üsulu ilə suvarma avadanlıqlarının, isitmə qazan və kollektorlarının istehsalına və quraşdırılmasına başlanılıb. Müəssisənin məhsulları ölkə bazarları ilə yanaşı, Türkiyə və Rusiyaya da ixrac olunur.
Dövlət başçısımızın tapşırığı ilə ölkəmizdə yaradılan iki müasir aqroparkdan biri Şəmkirdədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Şəmkir aqroparkında kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçid, innovativ texnologiyaların tətbiqi, xarici bazara çıxışın təmin edilməsi əsas məsələ kimi qarşıya qoyulub.

Şəmkirin Sarıtəpə kəndi yaxınlığında yerləşən "AzAqro" MMC-yə məxsus sahəsi 2,5 hektar sahəsi olan istilikxana kompleksində il ərzində 2 milyon ədəd gül yetişdirilir. Məhsullar yerli tələbatı ödəməklə yanaşı, Rusiya bazarlarına da çıxarılır.

Şəmkir dinamik inkişaf yollarında



Xidmət sahəsində böyük canlanma

Bu gün Şəmkir rayonunda müasir, yüksək standartlara cavab verən xidmət sahələri yaradılıb sakinlərin ixtiyarına verilir. Əlbəttə ki, bütün bu işlər ilk növbədə ölkə rəhbərliyinin və şəxsən dövlət başçımız cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir.Doqquz ayın yekunlarına həsr olunmuş iclasda hesabat məruzəsi ilə çıxış edən Alimpaşa Məmmədov bu barədə öz çıxışında belə qeyd edib: “Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır, bundan sonra da yaradılacaq. Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”


Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisi üzrə işlər də bu gün uğurla davam etdirilir. Həmçinin əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də bir sıra mühüm işlər görülüb. Belə ki, Şəmkir şəhəri, Kür qəsəbəsi, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərindən sonra Çaparlı kəndinin də elektrik təsərrüfatı yenidən qurularaq müxtəlif diametrli SİP kabellər çəkilib, abonentlər “smart” tipli sayğaclarla təmin olunublar.
Bütün bunlar belə deməyən əsas verir ki, dinamik inkişaf edən Azərbaycanın qazandığı bütün uğurlarda Şəmkir rayonunun da öz payı vardır. Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəhbərliyi altında Şəmkirin dinamik inkişafı bu gün də sürətlə davam edir və bu rayonun ölkəmizin ümumi inkişafına verdiyi dəyərli töhfələr ildən-ilə artacaqdır.

aia.az
Anar Həsənov



54 424 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930