Mobil versiya
Bu il qanunsuz ov edənlərdən 90 tüfəng müsadirə olunub
Tarix: 17-10-2017, 11:59 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bu il qanunsuz ov edənlərdən 90 tüfəng müsadirə olunub


"2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb”.

Bu məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyevdeyib:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” və "Heyvanlar aləmi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşları və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb. Qanun pozucuları barədə protokollar tərtib edilərək 98 nəfərə 95790 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub. 13 fakt üzrə isə təqsirkarların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyatı rayon polis orqanlarına müraciət edilib”.

R.Mirzəyev həmçinin vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılmasından da söz açıb:
"Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkar edilib. Faktla bağlı qanun pozucuları barədə protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub. Vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Mərkəzinə təhvil verilib. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir”.(modern.az)

aia.az



5256 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30