Mobil versiya
Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu - FOTO
Tarix: 05-09-2017 | Saat: 14:42
Bölmə:Siyasət / Karusel | çapa göndər

Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu - FOTO








NATO-nun Gürcüstanda keçirilən "Agile spirit 2017" təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının görüntüsü əks olunub.

Aia.Az azvision.az-a istinadən xəbər verir ki, bu, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub.

Ermənistanın "Agile Spirit-2017" təlimlərində iştirakı gözlənilsə də, sonradan imtina edilib.

"Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir açıqlama almamışıq", - Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.

Qeyd edək ki, Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə "Agile Spirit 2017" hərbi təlimlər keçirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.

ABŞ-ın dəniz piyadalarının da qatıldığı "Agile Spirit" təlimləri yeddinci dəfə keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024