Mobil versiya
"Azərişıq" cəbhə bölgəsində yenidənqurma və bərpa işləri həyata keçirir
Tarix: 1-07-2017, 12:44 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

"Azərişıq" cəbhə bölgəsində yenidənqurma və bərpa işləri həyata keçirir


Füzuli rayonunda istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə son iki ildə master plana uyğun olaraq genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib.

"Azərişıq” ASC yaranandan sonra 65 ədəd qüsurlu və zədələnmiş transformatorlar yenilənərək daha güclüləri ilə əvəz edilib, 370 ədəd 10 kV-luq, 1450 ədəd 0,4 kV-luq yeni dayaq basdırılıb, 43 min metr naqil yenilənib, 12,4 km 35 kV-luq, 96,4 km 10 kV-luq, 70,7 km 0,4 kV-luq hava xətləri və 31 km ÖİN xətləri çəkilib. Enerji istehlakçıları tərəfindən əvvəllər müşahidə edilən israfçılıq halları aradan qaldırılıb.
ASC-dən verilən məlumata görə, Füzuli Elektrik Şəbəkəsinin xidməti ərazisində son iki il ərzində 20 ədəd 10/0,4 kV-luq müasir tipli komplekt transformator məntəqəsi quraşdırılıb.

Aprel döyüşlərində işğaldan azad edilən Cocuq Mərcanlı kəndi də Füzuli Elektrik Şəbəkəsi xidməti ərazisində yerləşir. Məhz Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq "Horadiz” yarımstansiyasından 8600 metr məsafədə yüksək gərginlikli 35 kV-luq ikidövrəli elektrik xətti çəkilib, işğaldan azad olunan bu kənd ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq 2x6,3 MVA gücündə yeni yarımstansiya inşa edilib. Cocuq Mərcanlı kəndində özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan tam yeni 0,4 kV-luq şəbəkə yaradılıb. 2017-ci il ərzində 680 ədəd 0,4 kV-luq, 50 ədəd 10 kV-luq dayaq basdırılıb, 24 km ÖİN xətt çəkilib.

AİA.az



5451 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930