Mobil versiya
Daxili orqanında narkotik keçirən şəxs tutuldu
Tarix: 5-04-2017, 10:41 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Daxili orqanında narkotik keçirən şəxs tutuldu



Biləsuvar Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 35,984 qram olan heroin aşkar edilib.

Məlumatda həmçinin bildirilir ki, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun qolları dirsəyə qədər qatlanmış köynəyinin sağ qolunda bir ədəd bükümdə, xalis çəkisi 0,523 qram olan tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

AİA.az



5305 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}