Mobil versiya
Bu dəfə nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək
Tarix: 30-03-2017 | Saat: 13:13
Bölmə:İdman / Karusel | çapa göndər

Bu dəfə nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək



IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.

AİA.Az report-a istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.

O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcəklər: "Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq".

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024