Mobil versiya
Facebook-da YENİ FUNKSİYA
Tarix: 06-03-2017 | Saat: 15:30
Bölmə:Şou-biznes | çapa göndər

Facebook-da YENİ FUNKSİYA

"Facebook" vəd etdiyi kimi yeni funksiyanı işə salıb, həmin funksiyanın yardımı ilə istifadəçi hər hansı bir xəbərin həqiqətəuyğun olmadığı və ya uydurma olmasından şübhələnərkən bunu açıq bəyan edə bilərlər. Belə ki, məqalələrin yanında indi xüsusi işarə olacaq, bu işarə həmin məqalədə təsvir edilən faktın şübhə doğurduğunu göstərəcək.

AİA.Az bildirir ki, oxu.az bu barədə TASS-a istinadən xəbər verir.

"Facebook" nümayəndələrinin dediyi kimi alqoritm də işləyir. Sosial şəbəkədə saxta məlumat görərkən istifadəçilər müvafiq hissəsinə vuraraq onun həqiqətəuyğun olmadığını bildirirlər. Daha sonra xəbər xüsusi saytların ekspertləri tərəfindən yoxlanılacaq. Əgər informasiyanın həqiqətəuyğun olmadığı aşkar edilərsə, bu xəbərin üzərində içində nida işarəsi olan üçbucağın yerləşdiyi qırmızı kvadrat işarəsi olacaq.

İstifadəçi arzu edərsə, keçiddə verilən materialda bu və ya digər xəbərin niyə həqiqətəuyğun olmadığını oxuya bilər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024