Mobil versiya
Vidadi Muradov: "Xalçaçılığın dirçəldilməsi və təbliği Mehriban xanımın adı və faəliyyəti ilə bağlıdır"
Tarix: 24-02-2017, 19:55 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Vidadi Muradov: "Xalçaçılığın dirçəldilməsi və təbliği Mehriban xanımın adı və faəliyyəti ilə bağlıdır"




Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bütün respublika ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılanıbr. Bu təyinat Azərbaycan qadınının yeni bir tarixi nailiyyəti, fəth etdiyi yeni bir zirvədir.
Milli.Az xəbər verir ki, bunu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

V.Muradov qeyd edib ki, Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili kimi ölkəmizin inkişafı, dünya miqyasında tanıdılması, milli dəyərlərimizin təbliği istiqamətində reallaşdırdığı layihələr, ehtiyacı olan ailələrə göstərdiyi diqqət və qayğı respublikamızda və onun sərhədlərindən kənardakı maarifpərvər fəaliyyəti hər bir azərbaycanlını qürurlandırır: "O, bilik və bacarığı ilə, respublikamızın mənafelərini qorumaq uğrunda nümayiş etdirdiyi cəsarət və qətiyyəti ilə prezident İlham Əliyevin də yaxın silahdaşıdır".

"Azərxalça"nın rəhbərinin sözlərinə görə, Mehriban Əliyeva Azərbaycan xalçaçılarının ən yaxın dostudur: "Biz hər zaman onun dəstəyini və diqqətini öz üzərimizdə hiss edirik. Məhz onun məqsədyönlüyü və qətiyyəti sayəsində Azərbaycan xalçaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Xalçaçılığın respublikamızın bütün regionlarında yenidən dirçəldilməsi, gənclərə öyrədilməsi, klassik ənənələr əsasında da davam etdirilməsi, beynəlxalq miqyasda təbliğatı məhz Mehriban xanımın adı və faəliyyəti ilə bağlıdır. Əminik ki, Mehriban xanım yeni vəzifəsində də respublikamızın çiçəklənməsi, parlaq gələcəyi üçün daha əzmlə və fədakarlıqla çalışacaq".

İlkin İzzət



5399 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30