Mobil versiya
Nazir müavini Arif Rəhimzadənin etirazına cavab verdi
Tarix: 14-02-2017 | Saat: 14:19
Bölmə:Siyasət | çapa göndər

Nazir müavini Arif Rəhimzadənin etirazına cavab verdi

Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin bələdiyyələrlə bağlı təqdim edilən illik məruzəyə etiraz etməsinə münasibət bildirib.

AİA.az AzVision.az-a istinadən xəbər verir ki, nazir müavini bildirib ki, bütün təkliflər nəzərə alınaraq həyata keçiriləcək.

“İllik məruzə ilə bağlı iradlar və təkliflər bildirilib. Bunların hamısını qeyd etmişik və üzərində təhlil aparılır. Verilən təkliflərə tez bir zamanda baxmaq mümkünsüz idi. Bütün təkliflərə baxlılacaq və gələcək fəaliyyətdə nəzərə alınacaq”.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı təqdim etdiyi illik məruzəyə etiraz edib.

A.Rəhimzadə bildirib ki, Regional məsələlər komitəsinin iclasında illik məruzə ilə bağlı təkliflər verilib və bəzi tənqidlər səslənib: “Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə öz əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024