Mobil versiya
Konqoda 140-dan çox insan naməlum xəstəlikdən dünyasını dəyişib
Tarix: 03-12-2024 | Saat: 17:46
Bölmə:Dünya | çapa göndər

Konqoda 140-dan çox insan naməlum xəstəlikdən dünyasını dəyişib

Konqo Demokratik Respublikasının cənub-qərbində yerləşən Kvanqo əyalətində noyabrda 140-dan çox insan naməlum xəstəlikdən ölüb.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin sözçüsü məlumat yayıb.

Məlumata görə, diaqnozu mümkün olmayan xəstəliyə yoluxanların sayı artmaqda davam edir, noyabrda 143 nəfər xəstəliyin qurbanı olub.

Xəstəliyin yüksək hərarət və baş ağrıları ilə müşayiət olunduğu qeyd edilir. Qadınlar və uşaqlar üçün ən böyük təhlükədir.

Xəstələrə yardım göstərmək üçün bölgədə tibb qrupları işləyir. Mütəxəssislər də xəstəliyin mənşəyini müəyyən etməyə çalışırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə