Mobil versiya
Ərdoğandan nazirin hücuma məruz qalmasına münasibət
Tarix: 22-11-2024 | Saat: 18:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğandan nazirin hücuma məruz qalmasına münasibət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 20-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında daxili işlər naziri Ali Yerlikayaya hücuma münasibət bildirib.

aia.az “Haber Global”a istinadən xəbər verir ki, o, İstanbul Enerji Forumunda çıxışı zamanı Komissiyaya hücum çəkərək müxalifətçilik etdiklərini düşünənlərin yanıldıqlarını söyləyib.

"Biz şəhər quldurluğuna boyun əyməmişik. Bundan sonra da əyməyəcəyik”, - Ərdoğan deyib.

Qeyd edək ki, noyabrın 20-da TBMM-də Ali Yerlikayaya hücum olub. Deputatlar nazirin son qəyyum təyinatlarına etiraz ediblər.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik hadisəni qəbuledilməz adlandırmış, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) üzr tələb etmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2024