Mobil versiya
Deputat Prezidentin ehtiyat fondunun artırılmasını təklif etdi
Tarix: 21-11-2024 | Saat: 09:06
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Deputat Prezidentin ehtiyat fondunun artırılmasını təklif etdi

Bu gün biz olduqca təlatümlü və bir çox risklərlə dolu bir dünyada yaşayırıq. Azərbaycan da bu dünyanın bir parçası olduğuna görə yarana biləcək ən müxtəlif təhdid və təhlükələrdən özünü qorumağa hər an hazır olmalı, böhranlı vəziyyətlərdən minimal itkilərlə çıxışını təmin edə bilməlidir.

Aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Novruzəli Aslanov parlament komitələrinin birgə iclasında 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

Xəbər verildiyi kimi, noyabrın 20-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda çıxış edən Novruzəli Aslanov ölkənin qlobal miqyasda baş verə biləcək kataklizmlərdən, o cümlədən son zamanlar tez-tez gündəmə gətirilən nüvə qarşıdurmasından yarana biləcək təhlükələrdən qoruna bilməsi üçün Prezidentin Ehtiyat Fondunun həcminin artırılması təklifini irəli sürüb: “Sözsüz ki, bu gün Azərbaycan dövləti mükəmməl təhlükəsizlik konsepsiyasına malikdir. Dövlət büdcəsindən həm hərbi sahəyə, həm də təhlükəsizlik tədbirlərinin görülməsinə kifayət qədər vəsait ayrılır. Bununla belə hesab edirəm ki, yarana biləcək hər hansı fövqəladə vəziyyətlərdə ən effektiv vasitələrdən biri kimi məhz Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondunun xətti ilə görülən tədbirlər çıxış edir. Buna görə də təklif edirəm ki, dövlət büdcəsindən Prezidentin Ehtiyat Fondunun formalaşmasına ayrılan vəsaitlərin həcmi artırılsın. Hesab edirəm ki, bu, ölkənin təhlükəsizliyinin təmin olunması baxımından zəruridir.”

Daha sonra deputat əhali üçün nəzərdə tutulan təbii qaz sərfiyyatında ayrılmış güzəştli limitin həcminin artırılması təklifini irəli sürüb. Novruzəli Aslanov xüsusilə ölkənin şimal bölgələrində əhalinin böyük əksəriyyətinin təbii qaz sərfiyyatında nəzərdə tutulmuş limitin həcmini çox tez keçdiyini diqqətə çatdırıb. Deputat güzəştli limitin müəyyənləşdirilməsi zamanı hər bir konkret bölgənin iqlim şəraitinin nəzərə alınmasını təklif edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024