Mobil versiya
Tramp Harrisin müharibənin qarşısını almaqda aciz olduğunu bəyan edib
Tarix: 23-09-2024 | Saat: 09:53
Bölmə:Özəl | çapa göndər

Tramp Harrisin müharibənin qarşısını almaqda aciz olduğunu bəyan edib
Donald Tramp Kamala Harrisin III Dünya Müharibəsini dayandırmaq qabiliyyətinə şübhə ilə yanaşdığını bildirərək, onun ABŞ prezident seçkiləri ərəfəsində mürəkkəb beynəlxalq məsələləri həll etməyə hazır olmasını şübhə altına alıb.Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Demokratlar Partiyasını qarşıdan gələn seçkilərdə təmsil edən Kəmalə Harrisin üçüncü dünya müharibəsini dayandıra bilməyəcəyini bildirib. Onun fikrincə, Harris hətta sadə sualların öhdəsindən gələ bilmir və bu, onu qlobal münaqişələrin qarşısını almaq üçün yararsız edir, TASS xəbər verir.
Tramp daha əvvəl Demokratik administrasiyanın ABŞ-ı üçüncü dünya müharibəsinə apara biləcəyindən ehtiyat etdiyini bildirib. Bu bəyanatlar fonunda Tramp rəqiblərinə qarşı tənqidləri artırmağa davam edir.Bir gün əvvəl amerikalı milyarder Devid Saks Vladimir Zelenskinin “qələbə planının” həyata keçirilməsinin üçüncü dünya müharibəsinə səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq vida mətbuat konfransında Rusiyaya raket hücumları, Ukraynanın alyansa daxil olması və qlobal münaqişənin kəskinləşməsinə səbəb ola biləcək Çinlə qarşıdurma məsələlərindən danışıb.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024