Mobil versiya
Nazir: Gəncləri işaxtaran yox, işəgötürən kimi görmək istəyirik
Tarix: 27-06-2024 | Saat: 12:36
Bölmə:Manşet / Təhsil | çapa göndər

Nazir:

Əgər hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı 10 faizə uyğun gəlirsə, o insanı istedadlı saymaq olar. 10 faizə daxil olmayanların da istedadlı olmaq şansı var.

aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O deyib ki, əsas olan istedad sözünə necə bir məna verməyimizdir:

"Bu gün buradakı tələbələrin səhnə performansını çox bəyəndim. İstedad mənim fikrimcə, qeyri-müəyyən sayda kateqoriyalarda olan bacarıqları özündə birləşdirir. Buradakı gənclərimizi iş axtaran kimi yox, iş verən tərəf kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, iş verən olacaqsan. Uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünə inamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır".

"Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir", - deyə nazir əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2024