Mobil versiya
Sandu NATO-ya minnətdarlıqla müraciət edib
Tarix: 26-06-2024 | Saat: 18:17
Bölmə:Özəl | çapa göndər

Sandu  NATO-ya minnətdarlıqla müraciət edib

Moldova Prezidenti Maia Sandu təhlükəsizliyin təmin edilməsində göstərdikləri dəstəyə və əməkdaşlığa görə NATO ölkələrinə təşəkkür edib. Onun sözlərini RİA Novosti sitat gətirir.

Bundan əvvəl NATO rəsmi olaraq Hollandiyanın baş naziri Mark Rutteni növbəti dörd il üçün alyansın baş katibi vəzifəsinə təyin edib. O, oktyabrda vəzifəsinin icrasına başlayacaq.

Bunu şərh edən Sandu Rutteni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.“Moldova prezidenti öz müraciətində respublika ilə NATO arasında tərəfdaşlığın əhəmiyyətini vurğuladı və regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlmiş dəstəyə və əməkdaşlığa görə minnətdarlığını bildirdi”, mətndə deyilir.
Xatırladaq ki, 2024-cü ildə Moldovada növbəti prezident seçkiləri keçiriləcək. Sandu ikinci müddətə namizəd olmaq niyyətindədir və həmçinin respublikanın Aİ-yə daxil olması ilə bağlı referendumla eyni gündə - oktyabrın 20-də keçiriləcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2024