Mobil versiya
Finlandiya Müdafiə Nazirliyi minlərlə ukraynalı hərbçiyə təlim keçdiklərini bildirib
Tarix: 26-06-2024 | Saat: 17:25
Bölmə:Özəl | çapa göndər

Finlandiya Müdafiə Nazirliyi minlərlə ukraynalı hərbçiyə təlim keçdiklərini bildirib

Finlandiyalı hərbi təlimatçılar Finlandiyada minlərlə ukraynalı hərbçiyə təlim keçiblər. Bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen iyunun 26-da STT xəbər agentliyinə məlumat verib.İdarə rəisinin sözlərinə görə, bunlar Kiyevə verilmiş hərbi texnikanın istismarı üzrə kiçik təlim kursları idi.

O əlavə edib ki, Aİ Silahlı Qüvvələrinin Təlim Missiyasında (EUMAM) 50 təlimatçı, britaniyalı mütəxəssislərin rəhbərlik etdiyi “İnterfleks” əməliyyatında isə 20 təlimatçı iştirak edib.İyunun əvvəlində NATO-nun baş katibi Yens Stoltenberq və Finlandiya prezidenti Alexander Stubb arasında görüş keçirilib, onlar təhlükəsizlik və müdafiə siyasəti məsələlərini, Ukraynadakı vəziyyəti və iyulda Vaşinqtonda keçiriləcək Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitini müzakirə ediblər.

Alyansın baş katibi səfəri zamanı həmçinin baş nazir Petteri Orpo, xarici işlər naziri Elina Valtonen, müdafiə naziri Antti Hakkänen və müdafiə qüvvələrinin komandanı Janne Jaakola ilə görüşüb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2024