Mobil versiya
Əməkdaşlığın yeni dövrü
Tarix: 10-05-2024 | Saat: 17:54
Bölmə:Özəl | çapa göndər

Əməkdaşlığın yeni dövrü

Bu il Azərbaycan-Bolqarıstan arasında diplomatik əlaqələrin yaranmasının 32-ci ildönümü qeyd olunacaq. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

Bu münasibətlər Prezident İlham Əliyevin 2015-ci ildə paytaxt Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə yeni səciyyə qazanmışdır. İki ölkə arasında əlaqələrin gücləndirilməsində qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır.

Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutan görüş zamanı liderlərin ikitərəfli əməkdaşlığın hazırki səviyyəsi və inkişaf perspektivləri müzakirə olundu.

Prezident İlham Əliyev öz çıxışında Bolqarıstan və Azərbaycanın enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışdığını, Azərbaycanın Bolqarıstana qaz təchizatının daha da artacağına ümidvar olduğunu, iki ölkənin yaşıl gündəlik üzərində birlikdə işlədiyini qeyd edib.

Bolqarıstan Prezidenti isə çıxışında Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bunun ikitərəfli əməkdaşlığı gücləndirməklə yanaşı Qafqaz və Qara dəniz regionunun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addım olduğunu vurğulayıb.

Svetlana Mirzəyeva,
YAP Qusar rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024