Mobil versiya
"Alimentin ödənilməməsi uşağa qarşı iqtisadi zorakılıqdır"
Tarix: 20-05-2024 | Saat: 15:51
Bölmə:Cəmiyyət | çapa göndər

"Alimentin ödənilməməsi uşağa qarşı iqtisadi zorakılıqdır"

"Məişət zorakılığı baş verəndə ancaq qurbanın problemləri ilə məşğul olunur. Amma məişət zorakılığı deyəndə onu törədənlərə də diqqət etmək lazımdır".

aia.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

"Həmin şəxs hadisəni törədir və sonra kənarda qalır. Əgər məhkəmələrdə onlara qarşı hadisəni törədəndən sonra məcburi surətdə reabilitasiya keçməsi tələbi qoyulsa, bəlkə məişət zorakılığını niyə etdiyini dərk edər. Uşaqlar məişət zorakılığının daşıyıcı sayılır. Çünki həmin uşaq ya zorakılığa məruz qalan, ya da qorxaq kimi böyüyür", - deyə sədr müavini bildirib.

S.Qəhrəmanova qeyd edib ki, aliment ödənilmirsə, bu uşağa qarşı iqtisadi zorakılıqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024