Belarus şirkətləri Qarabağa gələcək
Tarix: 20-05-2024 | Saat: 09:38
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan və Belarus Prezidentlərinin artıq iyirmi ildən artıq bir müddətdir ki, davam edən və qarşılıqlı etimada əsaslanan səmimi münasibətləri ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşmasında müstəsna rol oynayıb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana may ayının 16-da etdiyi rəsmi dövlət səfəri bu əlaqələrin daha da güclənməsinə və şaxələnməsinə yeni təkan verəcək. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında deyilir ki, bu səfərin nəticələri ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Qeyd etmək lazımdır ki, mayın 16-da Bakı və Minsk, Gəncə və Qomel, Qəbələ və Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair imzalanmış Memorandumlar ölkələrimiz arasında əlaqələrin həqiqətən də səmimi və sağlam prinsiplər üzərində formalaşdığını bir daha təsdiq edir.
Hazırda Azərbaycan-Belarus münasibətlər dinamik inkişaf edir və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görülür. Bu məqsədlə Belarus Prezidentinin Azərbaycana səfəri çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdır. Gündəlikdə olan məsələlər bir çox mühüm sahələri əhatə edir. İlk növbədə əlbəttə ki, sənaye kooperasiyasını, Belarusda və Azərbaycanda birgə istehsalın təşkilini nəzərdə tutan məsələləri, eləcə də artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasına dair müzakirələri qeyd etmək lazımdır. Öz növbəsində sənaye kooperasiyası anlayışı da maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat kimi mühüm sahələri əhatə edir.
Cənab Prezident İlham Əliyev bunu da diqqətə çatdırdı ki, Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. İşğal illərində bu torpaqlarda hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Məlumdur ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisində böyük təcrübəsi var. Bütün bunlar da işğaldan ərazilərin bərpasında öz geniş tətbiqini tapa bilər. Buna görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdırlar. Öz növbəsində Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi də dost ölkələr üçün çox vacibdir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024