Mobil versiya
UEFA Avropa Liqası: “Roma” “Bayer”ə, “Marsel” “Atalanta”ya qarşı
Tarix: 02-05-2024 | Saat: 09:55
Bölmə:İdman | çapa göndər

UEFA Avropa Liqası:

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək

Məlumata görə, bu gün keçiriləcək görüşlərdən biri İtaliyada, digəri isə Fransada keçiriləcək.

“Roma” - “Bayer” görüşündə meydan sahiblərindən Zeki Çelik cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Qonaqlardan isə Hlozek, İqlesias və Conatan Tahın oynayıb-oynmayacağı bəlli deyil.

“Marsel” - “Atalanta” görüşündə isə komandaların heyətində ciddi itkilər var. Meydan sahiblərindən Mbemba, Merlin, Ronjye, Ruis və Soqlo zədə, Ciqol isə cəzalı olduğundan görüşü buraxmalı olacaq. Qonaqlardan isə zədəli Emil Holm və Toloy ilə yanaşı, cəzalı Bekker də bu oyunda komandasına kömək edə bilməyəcək.

“Roma” - “Bayer”

Baş hakim: Fransua Leteksye (Fransa)
Stadion: “Stadio Olimpiko” (Roma)

“Marsel” - “Atalanta”

Baş hakim: Daniel Zibert (Almaniya)

Stadion: “Stade Veloddrome” (Marsel)

Qeyd edək ki, hər iki görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024