Mobil versiya
Azərbaycanda medianın azad şəkildə fəaliyyət göstərməsinə dövlət tərəfindən nəzarət edilir
Tarix: 02-05-2024 | Saat: 09:53
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda medianın azad şəkildə fəaliyyət göstərməsinə dövlət tərəfindən  nəzarət edilir

Artıq müstəqil dövlətimiz hərtərəfli inkişaf modeli ilə dünya dövlətlərinin diqqət mərkəzindədir. Prezidentimiz İlham Əliyev cənablarının Avropanın , dünyanın aparıcı dövlətlərinə səfərləri Azərbaycanın bu dövlətlərin marağı çərçivəsində olmasından və ölkəmizi söz sahibi kimi qəbul etmələrindən xəbər verir. Aprel ayının 26-da cənab İlham Əliyevin Almaniyaya səfəri də məhsuldar oldu. Birgə mətbuat konfransında maraqlı fikirlər səsləndirildi. Hər şeydən əvvəl təsdiq olundu ki, Almaniyanın ədalətli mövqeyi Cənubi Qafqazda sülh və əməkdaşlığın qurulmasında təsirli ola bilər.    
Avropanın aparıcı dövlətində Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə əlaqədar fikirlər səsləndi. Prezident bu barədə verilən suallara tutarlı cavab verdi. Bildirdi ki, Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Buyurun, baxın, bu gün azad olunmuş torpaqlara müntəzəm surətdə media turlarlı təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Orada hər şeyi, hansı işlərin görüldüyünü, mətbuata, informasiya vasitələrinə münasibəti aydın görərsiniz.
Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır.
Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir.
Bəli cənab Prezident tərəfindən verilən bütün bu açıqlamalar da onu göstərir ki, hələ də müstəqil dövlətimizin sürətli inkişafını həzm edə bilməyən dövlətlər vardır. Həmin dövlətlərin Azərbaycanı gözdən salmaq və dünya ictimaiyyətini çaşdırmaq üçün ölkəmizə qarşı həyata keçirdikləri qarayaxmalar , şər , böhtan xarakterli məlumatlarla çıxış etməkdən başqa yollarının olmadığı bir daha sübuta yetirilir.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024