Mobil versiya
"NATO Ukraynaya vəd etdiyi hərbi yardımı göndərməyib" - Stoltenberq
Tarix: 26-04-2024 | Saat: 10:06
Bölmə:Dünya | çapa göndər

"NATO Ukraynaya vəd etdiyi hərbi yardımı göndərməyib" -

NATO ölkələri son aylarda Ukraynaya vəd edilmiş hərbi yardımı göndərməyib.

aia.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq Almaniyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ-nin Kiyevə yeni yardım paketi ilə bağlı razılığa gəlməsi aylar çəkib, Avropa İttifaqı isə vəd etdiyi sayda raketləri çatdırmayıb: "Gəlin düzünü deyək: Reallıq budur ki, NATO müttəfiqləri son aylarda Ukraynaya vəd etdikləri yardımı göstərməyiblər".

Aprelin 24-də ABŞ Senatı Ukraynaya 61 milyard dollar yardımın ayrılmasını təsdiqləyib. ABŞ administrasiyası 2023-cü ilin noyabrından bu qanun layihəsi ilə bağlı razılığa gələ bilmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024