Bakı Sağlamlıq Mərkəzininin tibb bacıları “Kardiopulmonar Resusitasiya (KPR)” təlimində iştirak ediblər -Fotolar
Tarix: 03-05-2024 | Saat: 11:19
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
aia.az xəbər verir ki, təlim Mərkəzimizin Qəbul və Təcili tibbi yardım şöbəsinin rəhbəri, həkim kardioloq Afiyəddin İsgəndərov tərəfindən aparılıb. Xəstəxanayaqədərki dövrdə hadisə yerində zərərçəkənin həyatı ona göstərilən ilk yardımın keyfiyyətindən asılı olur.
Təlimdə qısa müddət ərzində yüksək səviyyəli ilk yardımın ardıcıl göstərilməsi, ilk tibbi yardımın nədən ibarət olması, hansı formatda aparılması, xəstələrin vəziyyətinin qiymətləndirilməsi, ürəyi və ya tənəffüsü dayanmış adama Kardiopulmonar Resusitasiya (KPR) -nın tətbiqi barədə ətraflı məlumat verilib.
Qəfil ürək dayanmasında kardiopulmonar resusitasiya (KPR) və ya ürək masajı həyat xilas etmək üçün ilk və ən önəmli addımlardandır. Ürək masajı etmək üçün tibb işçisi olmaq vacib deyil və hər kəs bu bacarıqlara yiyələnə bilər. Cəmiyyətdə ürək masajı bacarıqlarının vacibliyi haqda məlumatlılığı artırmaq, tibb bacılarımızın tibbi təhsilini və xəstələrə qulluq səviyyəsini yüksəltmək missiyamızın bir hissəsidir.
Sual-cavab sessiyası ilə yekunlaşan təlimdən görüntüləri Sizlərə təqdim edirik.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024