Mobil versiya
Sabiq baş pediatr İNTİHAR ETDİ - YENİLƏNİB
Tarix: 24-04-2024 | Saat: 14:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sabiq baş pediatr

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.



***

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

aia.az xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

Nəsib Quliyev ov tüfəngi ilə özünü güllələyərək ölüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024