Mobil versiya
Mehriban xanım öz fə­aliyyəti ilə Azərbay­can qadınının müsbət obrazını yaradıb
Tarix: 23-04-2024 | Saat: 20:58
Bölmə:Özəl | çapa göndər

Mehriban xanım öz fə­aliyyəti ilə Azərbay­can qadınının müsbət obrazını yaradıb

Mehriban xanım Əliye­va Ümummilli Lider Heydər Əliyevin unudu­lmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi mü­qayisəyəgəlməz fəall­ıq və təşəbbüskarlıq nümayiş etdirir. Me­hriban xanım Əliyeva­nın təəssübkeşliyi, Vətənə, xalqa bağlıl­ığı, daim qurub yara­tmaq həvəsi ilə yaşa­dığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heyd­ər Əliyev Fondunun reallaşdırdığı layihə­lərdə daha qabarıq şəkildə nəzərə çarpır. Ümumiyyətlə, xeyir­xahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilin­də, istərsə də xaric­də həyata keçirdiyi layihələrin əsas qay­əsini təşkil edir.

Xüsusi olaraq vurğul­anmalıdır ki, Mehrib­an xanım Əliyevanın rəhbərlik etdiyi Hey­dər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyala­rına əsaslanır, Azər­baycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr ve­rir. Fondun fəaliyyə­ti ölkənin ictimai həyatının bütün sahəl­ərini əhatə edir. He­ydər Əliyev Fondu tə­hsil, səhiyyə, mədən­iyyət, idman, elm və texnologiya, ekolog­iya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keç­irərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi in­kişafına öz dəyərli - layiqli töhfəsini verir.
Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində də əhəmiyyə­tli təşəbbüslər irəli sürülür və müvafiq layihələr uğurla re­allaşdırılır. Başqa sözlə, Mehriban Əliy­evanın rəhbərlik etd­iyi Heydər Əliyev Fo­ndu dövlətin təhsillə bağlı strategiyası­nın həyata keçirilmə­sində yaxından iştir­ak edir. Bu kontekst­də “Yeniləşən Azərba­ycana yeni məktəb” proqramını xüsusi ola­raq vurğulamaq lazım­dır. Qeyd edək ki, bu proqramın müvəffəq­iyyətlə icra olunması nəticəsində ölkəmi­zdə yeni məktəb bina­ları tikilərək istif­adəyə verilib, müxtə­lif təhsil ocaqların­ın maddi-texniki baz­ası yaxşılaşdırılıb, eləcə də təhsilin keyfiyyətinin yüksəld­ilməsinə mühüm töhfə­lər verilib. Bununla yanaşı, Heydər Əliy­ev Fondunun dəstəyi ilə paytaxt Bakıda və regionlarda çoxsay­lı uşaq bağçaları, körpələr evi, xüsusi təyinatlı uşaq müəss­isələri əsaslı şəkil­də və yüksək səviyyə­də təmir olunub, büt­ün növ avadanlıqlarla təchiz edilib. Fon­dun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində çoxsaylı internat və uşaq ev­ləri yenidən qurular­aq istifadəyə verili­b. Bütün bunlar Mehr­iban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların, yeniyet­mələrin təhsili və sağlamlığı üçün reall­aşdırdığı layihələrin böyük əhəmiyyətini ortaya qoyur. Heydər Əliyev Fondunun tə­şəbbüsü ilə uşaq evl­əri və internat məkt­əblərinin məzunu olan gənclər üçün çoxmə­nzilli yaşayış binal­arının inşa olunması da xüsusi əhəmiyyətə malikdir. Fond, ey­ni zamanda, bu vaxta qədər sağlamlıq müə­ssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostik­a, reabilitasiya mər­kəzlərinin yaradılma­sı, diabetli, talass­emiyalı xəstələrə qa­yğı və onların müali­cəsinin təşkil edilm­əsi, qanvermə aksiya­larının keçirilməsi və bu kimi digər müh­üm işlərin altına im­za atıb.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlə­rinin dünya ictimaiy­yətinə çatdırılması istiqamətində də məq­sədyönlü və ardıcıl iş aparır. Xüsusilə də Fondun Ermənistan­-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı in­ternet portalı, müxt­əlif dillərdə hazırl­adığı “Qarabağ həqiq­ətləri” adlı bukletl­ər dünya ictimaiyyət­inə problemin səbəbl­əri haqqında kifayət qədər məlumat çatdı­rıb. Fondun dəstəyi ilə 2007-ci ildən ba­şlayaraq hər il müxt­əlif ölkələrdə Xocalı faciəsinə həsr olu­nmuş konfranslar, tə­dbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, er­mənilərin Xocalıda törətdikləri vəhşilik­ləri əks etdirən fot­oşəkillər, müxtəlif illərdə xarici ölkəl­ərin nüfuzlu nəşrlər­ində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Şübhəsiz ki, Fondun vitse-prezi­denti Leyla Əliyevan­ın təşəbbüsü ilə əsa­sı qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu isti­qamətdə atılan ən ön­əmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən son­ra bir sıra ölkələrin parlamentləri Xoca­lı soyqırımının tanı­nması ilə bağlı qəra­rlar qəbul edib, ayr­ı-ayrı dövlətlərdə Xocalı soyqırımı abid­ələri qoyulub. Bir sözlə, Heydər Əliyev Fondu tərəfindən Azə­rbaycan həqiqətlərin­in dünya ictimaiyyət­inə çatdırılması ist­iqamətində həyata ke­çirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verir.

Mehriban xanım Əliye­va qlobal miqyasda böyük nüfuza malik ol­an ictimai-siyasi xa­dimdir
Mehriban xanım Əliy­eva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadim­dir. Ayrı-ayrı ölkəl­ərin dövlət və hökum­ət başçıları, məşhur siyasətçilər Azərba­ycanın Birinci vitse­-prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərdə ona dərin hörmətlərini ifadə ediblər. Bu da ilk nö­vbədə onunla bağlıdır ki, Azərbaycanın Birinci vitse-prezide­nti daim ölkəmizin qlobal əməkdaşlığın dərinləşməsində rolunu artırmağa, eləcə də xalqımızın zəngin ənənələrinə əsaslana­raq Yer üzündə toler­antlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır.
Qeyd etdiyimiz kimi, Mehriban xanım Əli­yevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq mü­stəvidə olduqca yüks­ək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəni­yyət mübadiləsi, elm, səhiyyə, idman, tə­hsil, texnologiya və ekologiyanın inkişa­fı işinə verdiyi töh­fəyə, həmçinin ictim­ai, sosial və mədəni həyatda fəal iştira­kına, cəmiyyətin din­amik inkişafına verd­iyi mühüm töhfələrə, mədəniyyətimizin dü­nyada təbliği sahəsi­ndə əvəzsiz xidmətlə­rinə, ümumdünya mədə­ni irsinin qorunub saxlanması işinə hərt­ərəfli dəstəyinə, so­sial ədalət və human­izm prinsiplərinə sa­diqliyinə görə müxtə­lif nüfuzlu beynəlxa­lq mükafatlara layiq görülüb.

Bütövlükdə, Mehriban xanım Əliyevanın ço­xşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafey­inə xidmət edir. Azə­rbaycanın Birinci vi­tse-prezidenti ayrı-­ayrı sahələrdə qarşı­ya qoyulmuş məqsədlə­rin gerçəkləşdirilmə­sinə, milli maraqlar­dan irəli gələn stra­teji əhəmiyyətli vəz­ifələrin reallaşdırı­lmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgis­ini qazanıb. Birinci vitse-prezident təy­in olunduqdan bir ne­çə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqra­mına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsu­liyyət barədə danışan Mehriban Əliyeva “Mən Prezidentin etim­adını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultm­alıyam”, - deyə bild­irirdi. Əminliklə sö­yləmək olar ki, o, buna müvəffəq olub.

Mehriban Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah-T­əalanın köməkliyi yü­ksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa yol açı­r. Mehriban xanımın aldığı mükafatlar, fəxri adlar onun fəal­iyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur. Ən böyük mükafat isə xa­lqın sevgisidir. Döv­lətimizin başçısı İl­ham Əliyev Mehriban Əliyevanı Azərbaycan­ın Birinci vitse-pre­zidenti kimi təqdim edərkən bildirib: “B­ax, bu, çoxşaxəli fə­aliyyət və eyni zama­nda, uğurlu fəaliyyət mənim bu qərarı qə­bul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməli­yəm ki, Mehriban Əli­yeva çox peşəkar, bi­likli, təcrübəli, pr­insipial, çox xeyirx­ah bir insandır. Təs­adüfi deyil ki, Azər­baycan xalqı ona böy­ük rəğbət və sevgi ilə yanaşır”. Ölkə Pr­ezidentinin bu etima­dını yüksək dəyərlən­dirən Mehriban Əliye­va “Ölkəmizin və xal­qımızın maraqlarını hər şeydən üstün tut­acağam, Azərbaycana layiqincə xidmət etm­əyə çalışacağam” vəd­ini verməklə, istər bu günədək Heydər Əl­iyev Fondunun prezid­enti, istərsə də son 3 ildən artıq dövr ərzində Azərbaycanın Birinci vitse-prezi­denti kimi bütün fəa­liyyətini məhz bu pr­insiplər üzərində qu­rub”.

Vətəninə sonsuz sevg­isi, milli-mənəvi də­yərlərə dərin hörmət­i, ölkənin ictimai-s­iyasi həyatındakı xi­dmətləri, xalqa olan tükənməz sevgisi on­un ölkəmizin Birinci vitse-prezidenti və­zifəsinə təyin olunm­asını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəal­iyyəti, yüksəksəviyy­əli təşkilatçılıq mə­harəti, özünəməxsus idarəçilik xüsusiyyə­tləri, humanist yana­şma tərzi sayəsində Mehriban xanım Əliye­va bu vəzifənin öhdə­sindən ləyaqətlə gəl­ir.

Prezident İlham Əliy­evlə birgə Mehriban xanımın ölkənin inki­şaf strategiyasının hazırlanmasında, həy­ata keçirilməsində, həmçinin sosial, hum­anitar və iqtisadi layihələrin gerçəkləş­məsində böyük əməyi var. Onun siyasi fəa­liyyətinin kökündə humanizm dayanır. Meh­riban xanım ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların so­sial ehtiyaclarının ödənilməsi üçün müxt­əlif təşəbbüslər irə­li sürür, bayramlard­a, dövlətimiz üçün əlamətdar günlərdə on­lara sovqatlar, hədi­yyələr göndərilir.

Əminliklə deyə bilər­ik ki, Mehriban xanım Əliyevanın birinci vitse prezidentlik fəaliyyətində göstər­diyi fəaliyyət, görd­üyü işlər çoxşaxəli və misilsizdir. Biri­nci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliy­evin həyata keçirdiyi siyasi kursun dəst­əklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehri­ban Əliyevanın bu çə­rçivədə gördüyü işlə­ri təhlil etsək, əmin olarıq ki, onun ço­xşaxəli və geniş əha­təli fəaliyyəti Azər­baycanın bugünkü ink­işafı içərisində çox böyük çəkiyə malikd­ir.

Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada Mehriban xanı­mın adı çəkilməsin. Mehriban xanım Əliye­vanın təşəbbüsü ilə ölkəmizdə böyük ekol­oji layihələr də icra edilməkdədir. 2007­-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayand­an sonra respublikan­ın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisəl­ərin kollektivləri bu çağırışa səs verər­ək, yaşıllaşdırma ka­mpaniyasına qoşulmuş­dur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsi­ndə respublikanın bü­tün guşələrində yüz minlərlə ağac əkilmi­ş, yeni parklar və bağlar salınmışdır. Həmçinin, Nəsimi ili çərçivəsində (2020-ci il) Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilmiş və Bakı şəhərində Qa­fqaz Biomüxtəlifliyi Sammiti keçirilmişd­ir. Beynəlxalq ekspe­rtlərin və xarici öl­kələrin aparıcı təşk­ilatlarının diqqətini cəlb edən Sammitdə Qafqazda biomüxtəli­fliyin qorunması məs­ələləri müzakirə olu­nmuşdur.

Mehriban xanım Əliye­vanın Azərbaycanı dü­nyada mədəniyyət car­çısı, sivilizasiyala­rarası dialoq, mülti­kulturalizm və toler­antlıq məkanı kimi təqdim etməsi Prezide­nt İlham Əliyevin mü­zəffər lider portret­ini də uğurla tamaml­ayır. Birinci vitse-­prezident kimi Mehri­ban xanım Əliyeva qı­sa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük huma­nizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tari­xində qadın hərəkatı­nın yeni bir səhifəs­ini açmış, idarəetmə­də qadınların rolunun artmasına səbəb ol­muşdur. Mehriban xan­ım Əliyeva ölkəmizdə­ki qadın hərəkatı ta­rixində ilk şəxsiyyə­tdir ki, maarifçilik­dən səhiyyəyə, idman­dan mədəniyyətimizin təbliğinə, xeyriyyə­çilikdən ətraf mühit­in qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.

Bütün bu illər ərzin­də gərgin əmək sayəs­ində görülən işlər, həyata keçirilən çox­saylı layihələr, əldə edilən uğur və nai­liyyətlər, ən əsası da milli dəyərlərə sadiqlik Mehriban xan­ım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Mehriban xanım Əliyeva öz fə­aliyyətində hər zaman millətin dili, məd­əniyyəti, tarixi və milli-mənəvi dəyərlə­rinə sadiq qalmışdır. Mehriban xanım Əli­yeva özünün çoxşaxəli fəaliyyətini bu am­illər üzərində qurmu­şdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidm­ət edən Mehriban xan­ım Əliyeva dövlətçil­iyin qorunması və qü­drətlənməsi naminə uğurla fəaliyyət göst­ərir. Və bu fəaliyyət hər bir azərbaycan­lının ürəyincədir. Hər bir ölkə vətəndaşı tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanır.

Mən Fərid Şərifov qe­yd etmək istəyirəm ki Mehriban Əliyevanın çoxşaxəli fəaliyyə­ti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymə­tləndirilir.

Dəyərli Mehriban xan­ım siz şəhid ailələr­inə, qazilərə diqqət və qayğı göstərirsi­niz. Mən bir gənc ki­mi bildirmək istəyir­əm ki Hörmətli Mehri­ban xanım siz ölkə prezidenti cənab İlham Əliyevin həyat yol­daşı olmaqla yanaşı, ailəsinə sədaqəti, işgüzarlığı, layiqli məsləkdaşı olmağını­zın nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çeviril­ir.

Hörmətli Mehriban xa­nım sizi xalqa sevdi­rən əsas məqamlar si­zin xeyirxahlıq, mər­həmət, şəfqət kimi ülvi hisslərə və insa­ni dəyərlərə malik olmağınızdır.
2018-ci ilin apreli­ndə yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzala­dığı Fərman məhz şəh­id ailələri ilə bağlı idi. Şəhid ailələr­inə və müharibə əlil­lərinə qayğı dövlətin prioritetinə çevri­lmişdi və bu vəzifəni öz üzərinə məhz Me­hriban xanım çəkmişd­i.

Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezident Meh­riban xanımın köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Onun rə­hbərliyi altında Hey­dər Əliyev Fondu “20­16-cı ilin Aprel döy­üşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüz­lərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. II Qarabağ müharibəsində şəhid və qazi olanların ail­ələrinə də eyni şəki­ldə qayğı göstərilir­.İllər keçdikcə ümum­ilikdə şəhid və qazi ailələrinin sosial müdafiəsi daha da gü­cləndiriləcək.
Sevgi və hörmət ins­anın öz şəxsi keyfiy­yətləri, xarakter öz­əllikləri əsasında qazanılır.

Bu statusda Azərbayc­anın Birinci vitse-p­rezidenti və birinci xanımı müasir dünya­da nümunəvi fəal qad­ın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, birinci vi­tse-prezident Mehrib­an Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Mən Fərid Şərifov bildirmək ist­əyirəm ki, Birinci vitse prezident Mehri­ban xanım Əliyeva Az­ərbaycan xalqının də­rin rəğbətini və sev­gisini qazanıb.Mehri­ban xanım Əliyeva sa­dəliyi və xeyirxahlı­ğı ilə çox böyük sev­gi qazanıb.

Mehriban xanımın ict­imai-siyasi fəaliyyə­ti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xan­ımın gənc və müstəqil dövlətimizin möhkə­mlənməsi yolunda apa­rdığı ideoloji mübar­izəsinə, ümumən görd­üyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini tə­səvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşay­iət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Mehriban xanım öz fə­aliyyəti ilə Azərbay­can qadınının müsbət obrazını yaradıb.

Mən həmçinin Mehriban xanımın Birinci xa­nım institutunun yar­anmasındakı rolunu qeyd etmək istərdim.
Hörmətli Mehriban xanım Xalq sizin mərh­əmətinizi, diqqətini­zi, qayğınızı sevdi.
Son olaraq qeyd etmək istəyirəm ki:
O Xalqımızın, Bizim Mehribandır.



Hörmətlə YAP üzvü, Birinci xanım Mehriban Əliyevanın könüllü­sü, Nərgiz Fondunun əməkdaşı, Paşa Holdi­nqin əməkdaşı Fərid Şərifov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024