Mobil versiya
Bu gün Ermənistanla sərhədin demarkasiyasına başlanılacaq
Tarix: 23-04-2024 | Saat: 11:33
Bölmə:Gündəm | çapa göndər

Bu gün Ermənistanla sərhədin demarkasiyasına başlanılacaq

Bu gün Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılacaq.

aia.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Baqanis-Voskepar hissəsində bu gün sərhədin demarkasiyası ilə bağlı işlərin aparılması planlaşdırılır", - deyə qeyd olunub.

Bildirilib ki, ətraf ərazidə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və vətəndaşların yaxınlıqdakı minalanmış ərazilərə daxil olmasının qarşısının alınması məqsədilə Bağanis-Voskepar avtomobil yolu bağlanıb: "Bu gün Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistanın sərhəd qoşunlarına təhvil veriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024