Mobil versiya
Xarkovdakı dağıdılmış televiziya qülləsi Ukraynanın hava hücumundan müdafiə koordinasiya qurğusunu daşıyıb
Tarix: 22-04-2024 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

Xarkovdakı dağıdılmış televiziya qülləsi Ukraynanın hava hücumundan müdafiə koordinasiya qurğusunu daşıyıb

Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev TASS-a bildirib ki, ilkin məlumatlara görə, Xarkovda yenicə dağıdılmış teleqüllədə Ukrayna hərbçilərinin koordinasiyalı hava hücumundan müdafiə qurğusu quraşdırılıb.

"Xarkovda insanları zombiləşdirməyin əsas vasitələrindən biri məhv edilib. Hazırda şəhərdə rəqəmsal televiziyanın siqnalında fasilələr müşahidə olunur. İlkin məlumata görə, bu qüllədə hava hücumundan müdafiə koordinasiya qurğusu quraşdırılıb. Peşəkarlar öz işlərinin öhdəsindən layiqincə gəliblər". dedi.

Bundan əvvəl Ukrayna KİV-i Xarkovda partlayışın baş verdiyi barədə məlumat yayıb. Bunun ardınca şəhərin meri İqor Terexovun təsdiqi gəldi. Bu zaman orada hava həyəcanı elan edilib. Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, şəhərdə rəqəmsal televiziya siqnalında fasilələr yaranıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024