Mobil versiya
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, görünməyən Ordumuz son 105 ildə.
Tarix: 28-03-2024 | Saat: 10:49
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, görünməyən Ordumuz  son 105 ildə.

Burdan başlayım ki, ölkəmizdə dövlət təhlükəsizlik orqanlarına olan böyük diqqət və qayğı onu göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin ərazi bütövlüyünün qorunması, ictimai-siyasi sabitliyin və xalqımızın təhlükəsizliyinin daha etibarlı əldə olması dövlətimizin fəaliyyətinin ən mühüm tərkib hissəsidir.Şübhəsiz ki, bu sahədə Azərbaycanın təhlükəsizlik
orqanlarının əbədiyaşar lideri, qədirbilən xalqımızın ulu öndəri Heydər Əliyevin böyük rolu olmuşdur.Təsadüfi deyil ki, ümummilli Lider Heydər Əliyev deyirdi;
“Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Öz peşə bayramlarını böyük həvəslə və ruh yüksəkliyi ilə keçirən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşəkarlıq baxımından səylə çalışlr,
xalqımızı və dövlətimizi xarici qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, bir sözlə milli təhlükəsizliyin təmin edilməsində, xüsusi ilə dini ekstremizmə qarşı mübarizə də alternativinin yoxluğunu və nümunələrini bir daha ortaya qoyur və dünyaya göstərirlər.
Qürur hissi ilə qeyd edirəm ki, doğma
Partiyamızın sədri,Xalqımızın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasi kurs, tutduğu qətiyyətli mövqe sayəsində ölkəmizi bütün dünyada etibarlı və sədaqətli tərəfdaş kimi, təhlükəsiz və sabitlik məkanı kimi tanıtmışdır.Ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində əldə etdiyimiz ümummilli zəfərlə Xalqının qürurunu özünə qaytardı və adını qədirbilən xalqımızın tarixinə və qəlbinə qızıl hərflərlə yazdırdı.Şübhəsiz Şəhidlərimiz və Qazilərimizdə oldu,lakin onlar cənab Prezidentin xüsusi tapşırığı ilə, ölkədə bütün Qurumların olduğu kimi,DTX-nin əməkdaşlarınında xüsusi diqqət və qayğısındadırlar. Allah bütün Şəhidlərimizə rəhmət eləsin,Qazilərimizə isə şəfa versin.
Beləliklə DTX-nın ölkəmizin inkişafında, ictimai-siyasi sabitliyinin qorunmasında mühüm rol oynadığını xüsusi vurğulayıram və müstəqil, müasir Azərbaycanın davamlı inkişafının səbəbi kimi qeyd edirəm.Məhz bu Qurumun Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətinin əsas tərkib hissəsi olaraq şəffaf,dürüst və dəqiq fəaliyyəti sayəsində Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir.
Yürüdülən uğurlu siyasət nəticəsində dövlətmizin və xalqımızın maraqları uğurla təmin olunur, qorunur, son 200 illik tarixdə mümkün olmayanı mümkün edərək suverenliyimiz tam təmin olunmuşdur və bundan sonra da təhlükəsizliyimizin daim təmin olunması istiqamətində mühüm addımlar atılmışdır.Hazırda, müasir dövrdə ölkəmizdə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində Dövlət Təhlükəsizlik Xidməti orqanının və əməkdaşlarının rolu böyükdür.Bu qurumun
adındanda bəlli olduğu kimi, xususiliklə və gizliliklə aparılan bütün əməliyyatlardan sonra xəbər tutulması,
onların xüsusi peşəkarlıqından xəbər verir.Azərbaycanda əsasını Ulu Öndər Heydər Əliyevin peşəkarlıqla qoyduğu bu qurumun fəaliyyətindən xalqımız çox razı və arxayındır.Bütün bunlar mənə
onu deməyə əsas verir ki,bu gün artıq ölkəmizin milli maraqlarına yönələn bütün təhdid və cəhdlərin qarşısı Prezident İlham Əliyevin rəhbərliyi ilə
DTX-nin əməkdaşları tərəfindən bundan sonra da qətiyyətlə alınacaqdır, ölkəmizdə daimi sabitlik və əmin-amanlıq təmin olunacaqdır.
Fürsətdən istifadə edərək, ölkəmizin Dövlət Təhlükəsiz-lik Xidməti əməkdaşlarına, o cümlədən bu Qurumun lazım gələrsə yatmadan, dincəlmədən, gecə gündüz fəaliyyət göstərən Saatlı rayon əməkdaşlarına, rəhbər-liyinə şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzu edirəm, onlara bayram təbriklərimi bildirirəm.
Bayramınız mübarək olsun Müzəffər Ali Baş Komandanımızın görünməyən Ordusu !

YAP Saatlı rayonu 15 saylı ƏPT-nın sədri Vüqar Məmmədov.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə