Mobil versiya
"Səfirliyə edilən xain hücum əvvəldən hazırlanıb" - Elnur Allahverdiyev
Tarix: 01-02-2023 | Saat: 11:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Səfirliyə edilən xain hücum əvvəldən hazırlanıb" -

"Müstəqillik qazanandan bu yana Azərbaycan daim terrorla mübarizə aparır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat qeyd edib ki, son belə hadisə ölkəmizin Tehrandakı səfirliyində qeydə alınıb: “Baş verənlər onu göstərir ki, səfirliyə edilən xain hücum əvvəldən hazırlanıb. Bu işdə İranın birbaşa məsuliyyəti var. 44 günlük Vətən müharibəsindən qazanılan qələbədən sonra İran naməlum səbəbdən Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı aqressiya nümayiş etdirir. Həmçinin, erməni sepratizminə daim dəstək verir, sərhədlərimizdə hərbi təlimlər də keçirir. Gəlin baxaq, İranın Bakıda yerləşən səfirliyi necə qorunur? Deyərdim ki, Bakıda çox yaxşı qorunur. Tehrandakı səfirliyimizə edilən terror hücumu əsaslı şəkildə araşdırılmalı və məsələ ört-basdır edilməməlidir. Əgər İran müsəlman ölkəsi olaraq xalqın gözündən düşmək istəmirsə, mütləq şəkildə cinayətkar və onlara dəstək verənlər layiqli cəzasını tapmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024