Mobil versiya
Qubada bədbəxt hadisə: Uşağın əlləri, ayaqları və daxili orqanları zədə alıb - YENİLƏNİB
Tarix: 08-05-2021 | Saat: 16:15
Bölmə:Ölkə | çapa göndər

Qubada bədbəxt hadisə: Uşağın əlləri, ayaqları və daxili orqanları zədə alıb -

Qubada traktora qoşulan dərmansəpən qurğuya ilişərək xəsarət alan uşağın vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a Quba Regional Diaqnostika Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həkim müayinəsi zamanı azyaşlı travmatik şok keçirib, politravma qeydə alınıb:


“Sağ bazu sümüyü, sait sümükləri, sol bud sümüyünün qapalı yerdəyişmiş sınığları, sağ radial sinir travması, sağ qulaq sevmanının, gicgah nahiyyəsinin, qoltuq altı nahiyyəsinin, sol budun aşağı 1/3-nin bayır səthinin didilmiş cırılmış yaraları var. Bədənin çox saylı sıyrılmış yaraları və qançırları qeydə alınıb. Hipovolemik şok təsbit edilib”.

Həkim cərrah xəstənin qarın boşluğundan küt travma aldığını deyib:

“Qara ciyərin çox saylı partlamış, cırılmış yaraları, aşağı boş venanın cırılması, qaraciyər venasının cırılması, periton boşluğuna böyük həcimdə qanaxma, retroperitoneal hematomlara var”

13:03

Qubada azyaşlı dərmansəpən qurğunun arasında qalaraq xəsarət alıb.

Oxu.Az-ın məlumata görə, hadisə ötən gün rayonun Hacıqayıb kəndində baş verib.

Kənd sakinlərindən verilən məlumata görə, səkkiz yaşlı Zamiq Harunov ehtiyatsızlıq səbəbindən traktora qoşulan dərmansəpən qurğuya ilişərək xəsarət alıb:

Uşağın atası Rəşad Harunov sahədə özünə məxsus traktor işlədirdi. Ani olaraq atası traktorun yanından aralanıb. İlkin məlumata görə, bu müddətdə uşağın köynəyi və ya şalvarının ətəyi traktora qoşulu olan dərmansəpən aparata ilişib və qurğu uşağı fırlatmağa başlayıb.

Səkkiz yaşlı uşaq bir neçə dəfə yerə çırpıldığı üçün ağır xəsarətlər alıb. Aldığı zədələr səbəbi ilə o, təcili Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlər uşağın daxili orqanlarının, hər iki əl və ayağının zədələndiyini deyib. Hazırda reanimasiya şəraitində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024