Mobil versiya
Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb
Tarix: 27-11-2020 | Saat: 12:36
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb



Azərbaycanda son 14 il ərzində göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb.

Trend-in məlumatına görə, 2005-ci ildə Azərbaycanda 29 304 nəfər gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkib. 2019-cu ildə isə bu say 80 393-ə yüksəlib.

Bu xəstəlik 18 yaşadək uşaqlar arasında geniş yayılıb. 2005-ci ildə 14 806 nəfər uşaq gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkdiyi halda, 2019-cu ildə bu say 14 806-ə çatıb

Gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkən uşaqların 32 236 min nəfərinin yaşı 13-dəkdir.

Qeyd edək ki, 13 yaşadək uşaqlar arasında gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı son 14 ildə 2 dəfəyə yaxın (2005-ci ildə 17 636 nəfər) artıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024