Nəbi İskəndərov:"Ali Baş Komandanı ətrafında birləşən xalqın möhtəşəm Zəfəri"
Tarix: 07-11-2026 | Saat: 11:09
Bölmə:Siyasət | çapa göndər

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Zəfər Azərbaycanın inkişaf yolunda yeni mərhələnin başlanğıcını qoydu, xalqımızın milli qürurunu və öz gücünə inamını daha da artırdı. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan təxminən otuz il ərzində Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə yaşamağa məcbur olmuşdu. Təcavüzkar siyasət nəticəsində torpaqlarımız viran qoyulmuş, tarixi və dini abidələrimiz dağıdılmış, zəngin mədəni irsimizə ciddi ziyan vurulmuş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdü. Beynəlxalq qurumların qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, münaqişənin həlli üçün yaradılmış vasitəçilik formatlarının uzun illər ərzində konkret nəticə verməməsi ölkəmizə qarşı nümayiş etdirilən ikili standartların və ədalətsiz münasibətin göstəricisi idi. Azərbaycan bütün bu müddət ərzində münaqişənin sülh yolu ilə həllinə üstünlük versə də, Ermənistanın davam edən işğalçılıq siyasəti və hərbi təxribatları mövcud vəziyyətə son qoyulmasını qaçılmaz edirdi.
Bu fikirləri aia.az-a verdiyi müsahibəsində
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad Rayon Komitəsinin sədri Nəbi İskəndərov
bildirib.
Müsahibimiz qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı xalqımızın uzun illər gözlədiyi torpaqların azad edilməsi mübarizəsində həlledici mərhələyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qısa müddətdə döyüş təşəbbüsünü ələ keçirərək mühüm hərbi nailiyyətlər əldə etdi. “Dəmir yumruq” adı ilə tarixə düşən əməliyyat dövlətin qətiyyətini, ordunun gücünü və xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirən hadisə kimi yaddaşlara həkk olundu.
Vətən müharibəsində əldə olunan nəticələr Azərbaycanın hərbi imkanlarını ortaya qoymaqla yanaşı, müasir müharibələrin aparılma xüsusiyyətlərini və yeni döyüş yanaşmalarının əhəmiyyətini də nümayiş etdirdi. Döyüş əməliyyatlarının əvvəlcədən düzgün planlaşdırılması, müxtəlif qoşun növləri arasında qarşılıqlı əlaqənin təmin edilməsi, müasir hərbi texnologiyaların tətbiqi və şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığı qələbəyə gətirib çıxaran əsas amillərdən oldu. Azərbaycan Ordusunun hərbi qulluqçuları üzərlərinə düşən vəzifələri böyük məsuliyyət və fədakarlıqla yerinə yetirərək uzun illər işğal altında qalmış ərazilərimizin azadlığına nail oldular. Müharibə zamanı qazanılan təcrübə Azərbaycanın hərbi potensialının və müasir ordu quruculuğu modelinin beynəlxalq miqyasda diqqətlə araşdırılmasına da şərait yaratdı.
Tarixi Qələbənin əldə olunmasında xalqla ordunun nümayiş etdirdiyi birlik və həmrəylik mühüm rol oynadı. Müharibə günlərində vətəndaşların Azərbaycan Ordusuna göstərdiyi mənəvi dəstək, könüllü şəkildə cəbhəyə yollanmaq istəyən insanların çoxluğu, şəhid ailələrinə və yaralı hərbçilərə göstərilən diqqət cəmiyyətimizin vahid məqsəd uğrunda birləşdiyini təsdiqləyirdi. Eyni zamanda, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qüvvələrin milli maraqlar ətrafında həmrəylik nümayiş etdirməsi dövlətçilik mənafelərinin ümumi siyasi baxışlardan üstün tutulduğunu göstərirdi. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da informasiya mübarizəsində fəal iştirak edərək Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər gördülər.
Cənab Prezident İlham Əliyevin müharibə müddətində nüfuzlu beynəlxalq media vasitələrinə verdiyi müsahibələr Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Həmin müsahibələrdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri, hərbi təxribatları və beynəlxalq hüququn tələblərinə zidd davranışları diqqətə çatdırılırdı. Dövlət başçısının müharibə günlərindəki çıxışları ölkə daxilində qələbəyə olan inamı gücləndirir, vətəndaşların ruh yüksəkliyinin qorunmasına və milli məqsədlər ətrafında birləşməsinə təsir göstərirdi. Beləliklə, Azərbaycan döyüş meydanında əldə etdiyi uğurları beynəlxalq informasiya və diplomatiya sahəsində həyata keçirilən fəaliyyətlə dəstəkləyirdi.
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu. Həmin il oktyabrın 15-də cənab Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi prosesin ən yaddaqalan və rəmzi hadisələrindən biri kimi dövlətçilik tariximizə daxil oldu.
Qazanılmış Zəfərin tarixi yaddaşda yaşadılması və onun gələcək nəsillərə ötürülməsi məqsədilə həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyətə malikdir. 8 Noyabr – Zəfər Gününün təsis edilməsi, Vətən müharibəsində iştirak etmiş hərbçilərin orden və medallarla təltif olunması, paytaxtda Zəfər parkının yaradılması qəhrəmanlıq tariximizin yaşadılmasına və milli yaddaşımızın möhkəmləndirilməsinə xidmət edir. Bununla yanaşı, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına göstərilən sosial qayğı dövlətin Vətən qarşısında xidmətləri olan insanlara diqqətinin mühüm təzahürüdür.
Dana sonra Nəbi İskəndərov bildirib ki,Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mərhələli şəkildə qayıtması Zəfərdən sonrakı inkişaf dövrünün əsas istiqamətlərini təşkil edir. Azərbaycan dövləti əldə etdiyi hərbi nailiyyətləri quruculuq işləri, iqtisadi tərəqqi və regionda davamlı sülhün təmin olunması məqsədləri ilə davam etdirir. Azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, şəhər və kəndlərin müasir tələblərə uyğun qurulması tarixi Qələbənin real nəticələrinin gələcək nəsillər üçün qorunmasına xidmət edir.
8 Noyabrın Azərbaycan tarixindəki müstəsna yeri də məhz bu amillərlə müəyyən olunur. Həmin gün xalqımız yalnız uzun illər işğal altında qalmış torpaqlarına qovuşmadı, eyni zamanda, milli iradəsini, birliyini və öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək əzmini bütün dünyaya nümayiş etdirdi. 2020-ci ildə qazanılan Zəfər Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli qürurumuzun, həmrəyliyimizin və gələcəyə inamımızın ifadəsinə çevrildi. Bu tarixi hadisə xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillər üçün vətənpərvərlik, birlik və dövlətə sədaqət nümunəsi olacaqdır-deyə, Nəbi İskəndərov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər