Dövlətçilik ənənələri və yeni siyasi reallıqlar -Foto
Tarix: 22-10-2026 | Saat: 09:51
Bölmə:Siyasət | çapa göndər

21 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Şəmkir rayon təşkilatı tərəfindən Şəmkir rayon Statistika İdarəsi, Qərb regional Enerji Təhcizatı və Satışı İdarəsi Şəmkir Elektrik Şəbəkəsi Ərazi Partiya Təşkilatlarında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının əməkdaşı Şövqi Həsənov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyəti baxımından ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaşların müraciət və təşəbbüslərinə diqqətin artırılması, gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə də əhəmiyyətli məsələlərdir. Siyasi təşkilatların cəmiyyət qarşısında məsuliyyəti onların fəaliyyətinin açıqlığı, ictimai ehtiyaclara münasibəti və irəli sürülən təşəbbüslərin nəticələri ilə də ölçülür.
Daha sonra çıxış edən partiya fəalları bildiriblər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın siyasi və təşkilati gündəliyinin müzakirəsi baxımından mühüm hadisədir. İlham Əliyevin qurultaydakı çıxışı ətrafında aparılan müzakirələr Azərbaycanın gələcək inkişaf hədəfləri, milli maraqların qorunması və dəyişən dünyada ölkənin mövqeyinin möhkəmləndirilməsi kimi məsələlərə diqqəti yönəldir. Qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi davamlı inkişaf, məsuliyyətli idarəçilik, ictimai həmrəylik və dövlətin strateji prioritetlərinin ardıcıl reallaşdırılması ilə sıx bağlıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2026
21-10-2026