Mobil versiya
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü
Tarix: 21-10-2026 | Saat: 10:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək tərəfdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər.

“Görüş zamanı siyasi, hərbi və humanitar istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan ilə NATO arasında tərəfdaşlığın daha da genişləndirilməsi və əməkdaşlığın müxtəlif sahələr üzrə irəlilədilməsi niyyətlərini bir daha təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2026