Mobil versiya
YAP Nərimanov rayon təşkilatında VIII Qurultaydan irəli gələn tapşırıqların icrası müzakirə olunub -Foto
Tarix: 15-10-2026 | Saat: 18:50
Bölmə:Özəl | çapa göndər

YAP Nərimanov rayon təşkilatında VIII Qurultaydan irəli gələn tapşırıqların icrası müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “H.Əliyev prospekti 58” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən prioritetlərə həsr olunmuş növbəti görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Azərbaycanın davamlı inkişafının təmin edilməsi, milli birliyin möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinin qorunması və ölkəmizin uğurlarının ictimaiyyətə çatdırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında geniş bəhs edib.

Çıxışlarda müasir dövrün çağırışları nəzərə alınmaqla ideoloji işin daha səmərəli təşkili, gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi və partiya üzvlərinin ictimai fəallığının artırılmasının əhəmiyyəti vurğulanıb.

Sonda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətli mövqeyinin və fəal iştirakının vacibliyi qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2026