YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın müəyyən etdiyi hədəflər ətrafında müzakirələr aparılıb -Fotolar
Tarix: 15-10-2026 | Saat: 18:47
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Çernyayevski küçəsi 25A” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrlə bağlı növbəti görüş keçirilib.
aia.az xəbər verir ki,görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ideoloji təhlükəsizliyin təmin olunması məsələlərindən bəhs edib.
Çıxış edən Ərazi Partiya Təşkilatının sədri Leyla Əhmədova partiya üzvlərinin cəmiyyətin maarifləndirilməsində, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində və ölkəmizdə həyata keçirilən siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasında fəal iştirakının vacibliyini vurğulayıb.
Sonda qurultayda müəyyənləşdirilən strateji hədəflərin reallaşdırılması istiqamətində partiya üzvlərinin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2026