Mobil versiya
SOCAR-ın prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri ilə görüşüb -Foto
Tarix: 15-10-2026 | Saat: 11:50
Bölmə:İqtisadiyyat | çapa göndər

SOCAR-ın prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri ilə görüşüb

15 oktyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.
Görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub.
Söhbət zamanı SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2026