Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri ilə görüşüb
SOCAR-ın prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri ilə görüşübBu gün, 11:50. Yazar: azer |
![]() 15 oktyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb. Görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub. Söhbət zamanı SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Geri dön |