Mobil versiya
TRIPP üzrə praktik mərhələ başlayır: Təməlqoyma üçün tarix açıqlandı
Tarix: 02-10-2026 | Saat: 18:42
Bölmə:Özəl | çapa göndər

TRIPP üzrə praktik mərhələ başlayır: Təməlqoyma üçün tarix açıqlandı




TRIPP – “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi istiqamətində hazırlıqların praktik mərhələyə çatdığı bildirilir. Layihə üzrə təməlqoyma mərasiminin 2027-ci ilin əvvəlində keçirilməsi nəzərdə tutulur.

Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan bildirib ki, proqram bir neçə mərhələdən ibarətdir və hazırda zəruri texniki araşdırmalar davam etdirilir.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətləri layihə ilə bağlı dəfələrlə Vaşinqtona səfər edib və müxtəlif qurumlar arasında görüşlər keçirilib. Səfir proqramın artıq hazır olduğunu və praktiki icra mərhələsinə çatdığını bildirib.

“Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi mümkün olacaq”, – Mkrtçyan deyib.

Bununla belə, 2027-ci ilin əvvəli hələ konkret təsdiqlənmiş tikinti tarixi deyil. Layihə-smeta sənədlərinin hazırlanması və digər texniki prosedurlar başa çatdıqdan sonra işlərin dəqiq qrafikinin müəyyənləşməsi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2026