Ana Sayfa > Özəl > TRIPP üzrə praktik mərhələ başlayır: Təməlqoyma üçün tarix açıqlandı
TRIPP üzrə praktik mərhələ başlayır: Təməlqoyma üçün tarix açıqlandıBu gün, 18:42. Yazar: vasif |
![]() TRIPP – “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi istiqamətində hazırlıqların praktik mərhələyə çatdığı bildirilir. Layihə üzrə təməlqoyma mərasiminin 2027-ci ilin əvvəlində keçirilməsi nəzərdə tutulur. Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan bildirib ki, proqram bir neçə mərhələdən ibarətdir və hazırda zəruri texniki araşdırmalar davam etdirilir. Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətləri layihə ilə bağlı dəfələrlə Vaşinqtona səfər edib və müxtəlif qurumlar arasında görüşlər keçirilib. Səfir proqramın artıq hazır olduğunu və praktiki icra mərhələsinə çatdığını bildirib. “Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi mümkün olacaq”, – Mkrtçyan deyib. Bununla belə, 2027-ci ilin əvvəli hələ konkret təsdiqlənmiş tikinti tarixi deyil. Layihə-smeta sənədlərinin hazırlanması və digər texniki prosedurlar başa çatdıqdan sonra işlərin dəqiq qrafikinin müəyyənləşməsi gözlənilir. Geri dön |