Mobil versiya
Ronaldo niyə millini tərk etdi? - “Vaxtı gələndə izah edəcəyəm”
Tarix: 30-09-2026 | Saat: 23:30
Bölmə:İdman | çapa göndər

Ronaldo niyə millini tərk etdi? - “Vaxtı gələndə izah edəcəyəm”


Portuqaliya milli komandasının hücumçusu və kapitanı Kriştianu Ronaldo komandanın düşərgəsini tərk etməsinə münasibət bildirib.

“aia.az” xəbər verir ki, dünyaca məşhur futbolçu bu barədə sosial şəbəkə hesabında sensasion paylaşım edib.

Ronaldo bildirib ki, Danimarka ilə oyundan əvvəl baş məşqçi Jorje Jezus tərəfindən keçirilən mətbuat konfransındakı sözlərdən sonra milli düşərgəni tərk etmək qərarına gəlib:

“Milli komandanın baş məşqçisinin mətbuat konfransından sonra və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətin nəticəsində milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə Portuqaliya xalqına hər zaman milli komandaya özümü tam həsr etməyimə baxmayaraq, nə üçün bu qərarı qəbul etdiyimi izah edəcəyəm. Milli komandanın qalan oyunlarında istisnasız olaraq hər kəsə uğurlar arzulayıram”.

Xatırladaq ki, oktyabrın 1-də Portuqaliya Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. İki turdan sonra portuqaliyalılar A4 qrupunda 6 xalla liderlik edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2026