Mobil versiya
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Tarix: 18-09-2026 | Saat: 13:22
Bölmə:Manşet / Ölkə | çapa göndər

Həftəsonu hava dəyişəcək:

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi proqnozlaşdırılır.

aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Paytaxt və yarımadada mülayim şimal-qərb küləyi əsəcək. Gecə temperatur 20-23°, gündüz isə 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Ölkənin əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı bildirilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə ediləcək. Rayonlarda şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22°, gündüz 29-33° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2026