Mobil versiya
Pezeşkianın təyyarəsi təcili eniş etdi
Tarix: 02-09-2026 | Saat: 13:14
Bölmə:Dünya | çapa göndər

Pezeşkianın təyyarəsi təcili eniş etdi

İran prezidenti Məsud Pezeşkianın Bişkekdən qayıdan təyyarəsi Tehrana getmək əvəzinə Rəşt hava limanına eniş edib.

aia.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı yazıb.

Məlumata görə, Pezeşkian və onu müşayiət edən şəxsləri daşıyan Airbus A321 təyyarəsi Qırğızıstandan qayıdarkən Rəştə enib.

İsrailin “12-ci telekanal”ı da Pezeşkianın təyyarəsinin Rəştə təcili eniş etdiyini bildirib. İranın “Mehr” agentliyinin məlumatına görə isə, sentyabrın 1-də axşam saatlarında Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.

İran mediası HHM sistemlərinin işə düşməsi fonunda Pezeşkianın təyyarəsinin marşrutunun dəyişdirilərək Rəştə yönləndirildiyini yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2026